26 May tarixinə həsr olunan tədbirlərin hazırlıq müddətində paytaxtda nəqliyyat vasitələrinin hərəkatı məhdudlaşdırılacaq
Daxili İşlər Nazirliyinin məlumatına görə, bugündən etibarən, 26 May – Müstəqillik gününə həsr olunan tədbirlərin hazırlıq müddətində paytaxtda nəqliyyat vasitələrinin hərəkatı məhdudlaşdırılacaq.
Rustavelidən Azadlıq meydanı istiqamətinə gedən nəqliyyat vasitələrinin axını, Azadlıq meydanını keçərək, Puşkin küçəsinə düşəcək.
Mayın 24-də Azadlıq meydanında yol hərəkatı dayandırılacaq.
“Mayın 27-dən, tədbir üçün hazırlanan dekorasiyaların demontajından sonra, məhdudiyyətlər aradan qaldırılacaq və nəqliyyat vasitələri hər zamanki hərəkat rejiminə keçəcəklər” – deyilir DİN-in bəyanatında.