Azadlıq Meydanında Gürcüstan Müdafiə Qüvvələrinin tərkibinin təqdim olunduğu Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirildi.
Bu gün 700-ə yaxın çağırışçı hərbi and içdi və Müdafiə Qüvvələrinə qoşuldu. Tbilisidə Azadlıq Meydanından başqa, çağırışçılar ölkə miqyasında daha beş tarixi yerdə – Nokalakevi, Qequti Sarayı yaxınlığında, Samtavisi kafedralı yanında, Vecini Yüksəlmə monastırı yaxınlığında və Xevidə, Elias dağında and içdilər.
Bununla yanaşı, tədbir zamanı ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə və beynəlxalq missiyalarda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və müdafiə naziri İrakli Çikovani tədbirin iştirakçıları qarşısında çıxış etdilər.
26 Mayda, ənənəvi olaraq, əhali hərbi texnikanın, silahların və avadanlıqların nümayişini 21 şəhər və munisipalitetdə izləmə imkanı əldə edəcək. Sərgilər Tbilisi, Qori, Axaltsixe, Mtsxeta, Rustavi, Kutaisi, Zuqdidi, Ozurqeti, Poti, Ambrolauri, Xoni, Batumi, Telavi, Axalkalaki, Marneuli, Senaki, Samtredia, Bağdati, Çxorotsğu, Abaşa və Martvilidə keçiriləcək.






