2500 larilik gəlir ilə ipoteka kreditini almaq mümkündür mü? - Milli Bankın açıqlaması
Yanvarın1-dən qüvvəyə minən requlyasiyalar şəraitində, 2500 larilik aylıq gəliri olan şəxslər üçün ipoteka kreditini almaq mümkündür ya yox? – Milli Bankın açıqlamasına görə, əgər vətəndaşın və yaxud bir ailənin aylıq gəliri 2500 laridirsə, 60 kvadrat metrlik mənzilin alınması üçün, onlara 15 illik kredit verilə bilər.
Milli Bankın prezidenti Koba Qvenetadzeyə bu mövzu ilə bağlı sualı parlamentdə aparılan müzakirə zamanı verdilər: “2000-2500 larilik aylıq gəliri olan yeni evlənmiş ailə ev almaq istəyirsə, nə etməlidir?”
Milli Bank bu məsələ ilə bağlı açıqlama yaydı.
“60 kvadrat metrlik mənzili almaq üçün 15 illik kredit, ayda 2500 lari gəliri olan ailəyə verilə bilər. Daha az kvadratlı mənzili isə, daha az gəliri olanlar da ala bilərlər” – deyilir Bankın bəyanatında.
Milli Bank son zamanlar ipoteka kreditinin alınması şərtlərinin çox çətinləşdiyi barədə yayılan məlumatı yalanladı.
“Kreditin götürülməsində “çətin” olan sadəcə kredit alan şəxsin gəlirinin detallı şəkildə öyrənilməsidir. Əgər kredit almaq istəyən şəxsin formal və yaxud qeyri-formal konkret gəliri varsa, onun kredit götürməsində, heç bir çətinlik yoxdur” – deylir Milli Bankın bəyanatında.