Yol hərəkətlərinin yeni qaydalarının işə düşməsindən bu günə qədər 25 sürcünün, sürcülük vəsiqəsinə toplanan 100 xalı tükəndi.
Birinci Kanal göstəriciləri Daxili İşlər Nazirliyindən aldı. Daxili İşlər Nazirliyinin İnformasiya-Analitik Departamenti tərəfindən göndərilən məlumata əsasən, sürcülük vəsiqəsinə verilən xalların tükənməsindən sonra 1 iyuldan 31 dekabr 2017-dək 22, 2018-ci ilin yanvarın birindən bu günə qədər isə 3 nəfərin sürücülük hüququ dayandırıldı.