25 sentyabrdan 5 oktyabr da daxil olmaqla Deda Ena bağında milli futbol yığmasının oyunlarının translasiyası böyük ekranda nümayiş olunacaq
Tbilisi Meriyasının təşkilatçılığı, Gürcüstan Futbol Federasiyası ilə əməkdaşlıq çərçivəsində 25 sentyabrdan 5 oktyabr da daxil olmaqla Deda Ena bağında azarkeş zonasının (fan-zona) təşkili planlaşdırılır – bu barədə Tbilisinin meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında bildirib.
O bildirib ki, qeyd olunan zonada böyük ekranda milli futbol yığmasının oyunlarının translasiyası nümayiş olunacaq.
“Gürcüstan milli yığması bizə Avropa çempionatına vəsiqə qazanmaq imkanı verən UEFA Millətlər Liqasının 2026-2027-ci illər mövsümünə hazırlıqlara başlayır. Buna görə də komandamıza maksimum dəstək və ruh yüksəkliyi lazımdır. Yığma ikihəftəlik təlim-məşq toplanışı çərçivəsində dörd qarşılaşma keçirəcək. Deda Ena bağına gələn azarkeşləri oyunların nümayişindən əvvəl, matçın başlamasına dörd saat qalmış start götürəcək müxtəlif fəaliyyətlər gözləyir” – Kaxa Kaladze bildirib.
Onun sözlərinə əsasən, qeyd olunan dövrdə Deda Ena bağında paralel olaraq onlarla gürcü sahibkarın iştirak edəcəyi “Tbilisi Bazarı” festivalı keçiriləcək.
“Qarşılaşmanın translasiyasının nümayiş olunmadığı tarixlərdə saat 14:00-dan etibarən vətəndaşları əraziyə yerləşdirilmiş qida və içki obyektləri, istirahət zonaları, Gürcüstan Futbol Federasiyasının fan-şopu, Gürcüstan Kiberfutbol Federasiyasının interaktiv zonası qarşılayacaq. Həmçinin azyaşlı azarkeşlər üçün ənənəvi olaraq xüsusi ayrılmış zonada uşaq-tematik fəaliyyətlərinin keçirilməsi planlaşdırılır” – Kaxa Kaladze qeyd edib.