21-ci qarışıq zirehli tank batalyonunun təlimi döyüş atəşi ilə başa çatdı
21-ci qarışıq zirehli tank batalyonunun təlimi döyüş atəşi ilə başa çatdı

Gürcüstan Müdafiə Qüvvələrinin Qərb Komandanlığının 2-ci motoatıcı briqadasının, 21-ci zirehli tank batalyonunun motoatıcı yüzlüyünün onuncu pilləsinin hazırlığı və qiymətləndirilməsinə həsr olunmuş təlim döyüş atəşi ilə başa çatdı.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimin yekun mərhələsində Gürcüstan Müdafiə Qüvvələrinin qərb komandanı, briqada generalı Koba Qriqolia və ikinci piyada briqadasının rəhbərləri iştirak etdilər və təlimin gedişi barəsində ətraflı məlumat aldılar.

“Orfolo poliqonunda iki həftə ərzində planlaşdırılmış səhra təlimləri keçirildi. Birinci həftə ekipajların və desant qüvvələrinin döyüş texnikası ilə atəş hazırlığı üçün nəzərdə tutulmuşdu. İkinci həftə döyüş atışları ilə yekunlaşan taktiki təlimə həsr olunmuşdu. Dəstək elementləri 82 və 120 mm-lik minaatan və mühəndis qrupları idi. Təlimlərin məqsədi döyüş hazırlığının artırılması, zirehli texnikanın, ekipajların və desant qüvvələrinin birləşdirilməsi, o cümlədən dəstəkləyici bölmələrlə əlaqələndirilmiş hərəkətlərin dəqiqləşdirilməsi idi”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.