21-22 noyabrda hərəkətə saat 22:00-dan qoyulan məhdudiyyət qüvvədə olmayacaq
21-22 noyabrda hərəkətə saat 22:00-dan qoyulan məhdudiyyət qüvvədə olmayacaq

“İzolasiya və karantin haqqında” Gürcüstan hökumətinin 2020-ci il 23 may tarixli №322 qərarına dəyişiklik edildi. Dəyişikliyə əsasən, 21-22 noyabrda hərəkətə saat 22:00-dan qoyulan məhdudiyyət qüvvədə olmayacaq.

Dəyişilliklərə müvafiq olaraq, seçkilərin ikinci turu ilə bağlı, 21-22 noyabrda Tbilisidə, Batumidə, Kutaisidə, Rustavidə, Qoridə, Potidə və Zuqdididə saat 22:00-dan saat 05:00-a qədər şəxslərin hərəkət etməsinə olan məhdudiyyət aradan götürülür.

Hökumətin sərəncamı “Matsne.gov.ge”-də dərc olundu.