2026-cı ilin vahid milli və ümumi magistr imtahanları üçün qeydiyyat başlayıb və 11 may saat 18:00-dək davam edəcək
2026-cı il üzrə vahid milli və ümumi magistr imtahanları üçün qeydiyyat başlayıb və 11 may saat 18:00-dək davam edəcək. Bu barədə məlumatı Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi yayıb.
2026-cı ilin vahid milli və ümumi magistr imtahanları üçün qeydiyyat başlayıb və 11 may saat 18:00-dək davam edəcək, – bu barədə məlumatı Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi yayır.
Onların məlumatına görə, abituriyentlərə və magistr olmaq istəyən namizədlərə qeydiyyatdan elektron şəkildə, Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin veb-saytında – online.naec.ge keçmək imkanı verilir.
“Applikantlar 6 aprel saat 10:00-dan 6 may saat 18:00-dək verməli olduqları fənlərin (ən azı bir fənn) ödənişini təmin etməlidirlər ki, 11 may saat 18:00-dək qeydiyyatı başa çatdıra bilsinlər. Həmin müddətdə onlar digər fənlərin ödənişini həyata keçirə, imtahan şəhərini və təhsil proqramlarını seçə/dəyişə bilərlər.
Vahid milli imtahanlarla bağlı ətraflı məlumat əldə etmək üçün abituriyentlər üçün məlumat kitabçasına baxın: https://naec.ge/#/ge/post/3538
Bu il abituriyentlərə istədikləri sayda ali təhsil proqramları ilə yanaşı, peşə təhsili proqramlarını seçmək imkanı da verilir.
Tələbələr, dövlət universitetlərində bakalavr və magistr pillələri üzrə, həmçinin peşə təhsili müəssisələrində qəbul olunduqları halda, təhsili pulsuz alacaqlar.
Daha çox məlumat üçün Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin rəsmi səhifəsinə daxil olun: naec.ge”, – Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatında qeyd olunur.