2026-cı ilin imtahanlarına qeydiyyat üçün ödənilmiş imtahan haqqının geri qaytarılması haqda ərizələrin qəbulu iyunun 14-ü saat 18:00-a qədər mümkün olacaq
Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi 2026-cı ilin vahid milli, ümumi magistratura, fənn, baş xüsusi müəllim və əsas peşə qabiliyyəti imtahanlarına qeydiyyat ilə əlaqədar artıq və ya səhvən ödənilmiş imtahan haqqının geri qaytarılması prosedurlarını həyata keçirməyə başlayıb. Bu haqda məlumatı İmtahanlar Milli Mərkəzi yayır.
Onların məlumatına əsasən, vahid milli, ümumi magistratura, fənn, baş xüsusi müəllim və əsas peşə qabiliyyəti imtahanlarına qeydiyyat məqsədilə imtahan haqqını artıq və ya səhvən ödəmiş şəxslər 2026-cı ilin mayın 14-dən iyunun 14-ü saat 18:00-dək pulun geri qaytarılması tələbilə Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinə müraciət etmək imkanına malikdirlər.
“Ərizə həm elektron qaydada https://online1.naec.ge/oapp/, həm də maddi formada Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin ofisinə (ünvan: Tbilisi, E. Mindeli küçəsi N9), regionlarda isə sənəd dövriyyəsinin elektron sistemi (eFlow) vasitəsilə onların göndərilməsini təmin edən təhsil resurs mərkəzlərinə təqdim edilə bilər.
İmtahan haqqının geri qaytarılması tələbi ilə mərkəzə qeydiyyat haqqını müəyyən olunandan artıq məbləğdə ödəyənlər, imtahan haqqını ödəyən, lakin qeydiyyat dövrü ərzində qeydiyyatdan keçməyən və həmçinin qeydiyyat müddəti bitənədək imtahanda iştirakdan imtina edən şəxslər müraciət edə bilərlər.
Əgər şəxs qeydiyyat haqqını ödəyibsə, lakin qeydiyyatdan keçməyibsə, çap olunmuş ərizə formasını doldurub Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinə, regionlarda isə müvafiq təhsil resurs mərkəzlərinə təqdim etməlidir.
Təqdim olunan ərizəyə imtahan verənin/ödəyicinin şəxsiyyətini təsdiq edən sənədin surəti, əgər müraciət edən şəxs başqasıdırsa, nümayəndəliyi təsdiq edən müvafiq sənəd (etibarnamə, yetkinlik yaşına çatmayanlar halında isə doğum haqqında şəhadətnamə), həmçinin bank tərəfindən verilmiş bank rekvizitləri (bank kodu, hesab nömrəsi və hesabın adı), eləcə də hesab sahibinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Məbləğin köçürülməsi ərizələrin qəbulu başa çatdıqdan sonra ən geci bir ay müddətində ərizəçi tərəfindən göstərilən bank hesabına həyata keçiriləcək. Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi bütün maraqlı şəxsləri prosedurlarla diqqətlə tanış olmağa və ərizələri müəyyən edilmiş müddətlərdə təqdim etməyə çağırır. Təqdim olunacaq sənədlər, həmçinin ərizə forması haqqında ətraflı məlumatı linkdən əldə edə bilərsiniz https://www.naec.ge/#/ge/post/3564” – yayılmış məlumatda deyilir.