2026-cı il Vahid Milli İmtahanlarında iştirak edən abituriyentlər üçün ilkin nəticələrin açıqlanmasına başlanılıb. İmtahan nəticələri mərhələli şəkildə elan olunur və namizədlər öz nəticələrini Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin elektron sistemində şəxsi məlumatlarını daxil etməklə yoxlaya bilərlər.
2026-cı il Vahid Milli İmtahanlarında iştirak edən abituriyentlər üçün ilkin nəticələrin açıqlanmasına başlanılıb.
Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi abituriyentlər üçün gürcü dili və ədəbiyyatı, osetin dili, tarix, kimya, təsviri və tətbiqi incəsənət, eləcə də vətəndaş təhsili fənləri üzrə ilkin nəticələri dərc edib.
Mərkəzin məlumatına görə, nəticələri öyrənmək üçün abituriyentlər online.naec.ge portalına daxil olaraq şəxsi nömrələrini və səkkizrəqəmli şifrələrini müvafiq bölmədə qeyd etməlidirlər. Şəxsi kabinetdə imtahan işinin surətini və müvafiq fənn üzrə ilkin, yəni “xam” balı görmək mümkündür.
Bildirilib ki, gürcü dili və ədəbiyyatı, osetin dili və tarix fənləri üzrə maksimal bal 60, keçid balı isə 15 baldan yuxarıdır. Kimya fənni üzrə maksimal bal 63, keçid balı 16-dır. Təsviri və tətbiqi incəsənət üzrə maksimal bal 70, keçid balı 18, vətəndaş təhsili üzrə isə maksimal bal 60, keçid balı 16-dır.
Qeyd olunub ki, gürcü dili və ədəbiyyatı, həmçinin tarix fənləri üzrə balı bərabərləşdirmədən (moderasiya) sonra 15 baldan yuxarı olan abituriyentlər də keçid həddini aşmış hesab edilə bilərlər.
Abituriyentin keçid balını toplayıb-toplamadığı isə yalnız yekun nəticələr elan olunduqdan sonra məlum olacaq.