2025-ci ilin yanvarın 1-dən Rumıniya 30-a qədər sərhəd-keçid məntəqəsini bağlayacaq

10:45, 26.12.2024

 
2025-ci ilin yanvarın 1-dən Rumıniya 30-a qədər sərhəd-keçid məntəqəsini bağlayacaq. Bu haqda Rumıniyanın Daxili İşlər Nazirliyindən bildiriblər.

Nazirlikdən verilmiş məlumata əsasən, ölkə Macarıstan və Bolqarıstan sərhədlərində 30 yerüstü keçid məntəqəsini bağlayacaq, çünki Şengen zonasının tamhüquqlu üzvünə çevrilib, lakin lazım gələrsə, sərhədlərdə sənədlər yenidən yoxlanıla bilər.

Keçən ay Budapeştdə keçirilən görüşdə Macarıstan və Rumıniya arasında quru sərhədlərində ən azı altı ay ərzində artıq yoxlama aparılmayacağının qeyd olunduğu razılaşma əldə edilib.

Xatırladaq ki, Rumıniya Şengen zonasının üzvü oldu. Yeni qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Oxşar