2025-ci ilin vahid milli imtahanlarına qeydiyyat martın 5-də başlayacaq
2025-ci ilin vahid milli imtahanlarına qeydiyyat martın 5-də başlayacaq

 
2025-ci ilin vahid milli, ümumi magistratura imtahanlarına, eləcə də tələbə qrant müsabiqəsinə qeydiyyat martın 5-i saat 10:00-da başlayacaq və aprelin 2-si saat 18:00-da başa çatacaq. Bu haqda Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin direktoru Nino Tsereteli brifinqdə açıqlayıb.

“Bu il də mərkəzin imtahan vermək istəyən şəxslərə əsas tövsiyəsi qeydiyyatın təlimatları ilə ətraflı tanış olmaq və ən əsası tarixlərə xüsusi diqqət yetirmələri olacaq. Bu baxımdan, bu il də imtahan vermək istəyən şəxslər üçün kiçik, lakin onlar üçün mühüm yeniliyimiz var – onlar imtahanlar üçün qeydiyyat haqqını aprelin 2-si saat 18:00-a qədər ödəsələr, lakin müəyyən səbəblərdən qeydiyyat prosesini başa çatdıra bilməsələr, aprelin 10-u saat 18:00-a kimi qeydiyyatı başa çatdırmaq imkanına malik olacaqlar” – Nino Tsereteli bildirib.

online.naec.ge veb səhifəsində qeydiyyatdan keçmək mümkün olacaq.

Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin məlumatında qeyd olunduğu üzrə, vahid milli imtahanlar üçün qeydiyyatdan keçmək istəyənlər qeydiyyat prosesinin bu il də bir neçə mərhələdən ibarət olduğunu nəzərə almalıdırlar :

Əsas mərhələdə – aprelin 2-si saat 18:00-dək imtahan vermək istəyən şəxs qeydiyyat haqqını ödəməli və şəxsi məlumatlarını doldurmalı, imtahan verəcəyi şəhəri, imtahan verəcəyi fənnləri seçməlidir.
Abituriyentlər aprelin 10-u saat 18:00-dək fənni dəyişdirə və ya əlavə edə, həmçinin imtahanın dilini dəyişə bilərlər. Həmin vaxta qədər onların imtahan verəcəkləri şəhəri dəyişmək imkanı da olacaq.

Qeydiyyatdan keçmiş abituriyentlər təhsil proqramlarının prioritet siyahısını dəfələrlə dəyişə biləcəklər. İmtahan vermək istəyən şəxslər apellyasiya nəticələrinin dərc edilməsindən növbəti gün də daxil olmaqla onları seçə, silə və dəyişmək imkanına malik olacaqlar. Konkret tarix www.naec.ge veb səhifəsində dərc olunacaq.

Abituriyentlərin məlumatlılığının artırılması məqsədilə 2025-ci ildə də imtahan vermək istəyən şəxslər üçün həm üzbəüz, həm də onlayn rejimdə məlumatlandırma məqsədli görüşlər keçiriləcək. Ətraflı məlumat Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin veb və “Facebook” səhifələrində dərc olunacaq.

Nəzərə alın ki, buraxılış sinifində oxumayan məktəb şagirdləri 2025-ci ilin vahid milli imtahanlarına buraxılmayacaqlar. Mərkəz gələn il buraxılış sinifində oxumayan məktəb şagirdləri üçün alternativ layihə təklif etmək imkanını nəzərdən keçirir, bu layihə çərçivəsində də imtahan prosesi tam təqlid ediləcək.

Müəllimlik imtahanlarına qeydiyyat tarixləri Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin veb səhifəsində yaxın gələcəkdə dərc olunacaq.