2025-ci il iyunun 11-də Budapeştdə Gürcüstan və Macarıstan arasında hökumətlərarası sammit keçiriləcək
2025-ci il iyunun 11-də Budapeştdə Gürcüstan və Macarıstan arasında hökumətlərarası sammit keçiriləcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 11-12 iyun tarixlərində rəsmi səfərlə Macarıstana gedəcək. Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayıb.

“11 iyun tarixində Macarıstanın Baş nazirinin iqamətgahında Gürcüstanın Baş nazirinin qarşılanma mərasimi keçiriləcək. Gürcü həmkarını Macarıstanın Baş naziri Viktor Orban şəxsən qəbul edəcək. Hər iki ölkənin nazirlər kabineti üzvləri arasında ikitərəfli formatda danışıqlar aparılacaq.

Rəsmi səfər çərçivəsində Budapeştdə Gürcüstan–Macarıstan hökumətlərarası komissiyasının ikinci iclası keçiriləcək. Aqrar sahə, energetika, mədəniyyət və innovasiya, eləcə də idman sahələrində əməkdaşlığa dair bir sıra razılaşmalar imzalanacaq. Hökumətlərarası komissiyanın iclasından sonra İrakli Kobaxidze və Viktor Orbanın birgə mətbuat konfransı keçiriləcək.

Macarıstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri Macarıstanın Prezidenti Tamaş Şuyok və Milli Assambleyanın sədri Laslo Köver ilə də görüşlər keçirəcək” – deyə Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin məlumatında bildirilir.