2023-cü ilin Avroviziya Mahnı Müsabiqəsinə Liverpul ev sahibliyi edəcək

11:48, 08.10.2022

2023-cü ilin Avroviziya Mahnı Müsabiqəsinə Liverpul ev sahibliyi edəcək. Bu barədə teleaparıcı Qrem Norton “BBC”-nin efirində bəyan etdi.

Bu il Avroviziya Mahnı Müsabiqəsi Ukraynada keçirilməli idi, lakin təhlükəsizlik baxımından Avropa Yayımçılar İttifaqı tədbirin Böyük Britaniyada keçirilməsinə qərar verdi.

Final mərhələsində iki şəhər, Liverpul və Qlazqo yarışa ev sahibliyi etmək üçün mübarizə apardı.

Böyük Britaniyanın baş naziri Liz Tras Liverpulu qələbə münasibətilə təbrik etdi və bu il müsabiqədə Ukrayna mədəniyyətinə xüsusi diqqət yetiriləcəyini vəd etdi.

Bununla yanaşı, Ukrayna təmsilçisi bu il avtomatik olaraq Avroviziyanın final mərhələsinə düşəcək.

Məlumat üçün, Avropa Yayımçılar İttifaqının qərarına əsasən, Rusiya Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək.

Oxşar