İrakli Kobaxidze Hindistanın səfiri Kumar Mişra ilə görüşüb

14:07, 05.10.2026

Baş nazir İrakli Kobaxidze Hindistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Kumar Mişra ilə görüşüb. Bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Məlumata görə, hökumət başçısı diplomatı vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Hindistanın Tbilisidə səfirliyinin açılmasının ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyəti vurğulanıb.

Görüş zamanı Hindistan və Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Ticarət sahəsində mövcud potensialdan istifadənin əhəmiyyəti qeyd edilib.

Beynəlxalq təşkilatlar çərçivəsində mövcud konstruktiv əməkdaşlığa və çoxtərəfli formatlarda koordinasiyanın gücləndirilməsinə diqqət yetirilib.

Turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq da müzakirə olunub. Hindistandan Gürcüstana gələn ziyarətçilərin sayında artım dinamikası, həmçinin hindistanlı tələbələrin Gürcüstanın ali təhsil müəssisələrində təhsil almağa artan marağı qeyd edilib.

Oxşar