2022-ci ilin yanvar ayında Gürcüstana beynəlxalq səyahət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 471 faiz artdı
Milli Turizm Administrasiyası 2022-ci ilin yanvarında turizmlə bağlı ilkin hesabat dərc etdirdi və ona da əsasən, 2022-ci ilin yanvar ayında Gürcüstana 199 393 beynəlxalq səyahətçi səfər etdi ki, bu da 2021-ci illə müqayisədə 471 faiz artıqdır.
Hesabata uyğun olaraq, bu 199 393 ziyarətçidən 163 615 nəfəri ölkədə 24 saatdan çox qalan beynəlxalq turistlər idi. Qeyd olunan ziyarətçinin sayı 2021-ci illə müqayisədə 456 faiz artıqdır.
Milli Turizm Administrasiyasının gösətircilərilə, pandemiyaya qədər dövrlə müqayisədə, turist axını Gürcüstanda 53 faizlə bərpa olundu.