2022-ci ilin fevralın 1-dən 2026-cı ilin oktyabrın 1-dək Gürcüstana gələn və davamlı olaraq Gürcüstanda qalan Ukrayna vətəndaşlarının tibbi xidmətlərlə təmin edilməsinin müddəti oktyabradək uzadıldı
Gürcüstan hökumətinin qərarı ilə Ukrayna ərazisindəki hərbi əməliyyatlara görə 2022-ci ilin fevralın 1-dən 2026-cı ilin oktyabrın 1-dək Gürcüstana gələn və davamlı olaraq Gürcüstanda qalan Ukrayna vətəndaşlarının tibbi xidmətlərlə təmin edilməsinin müddəti 2026-cı ilin oktyabrın 1-dək uzadıldı.
Müvafiq sərəncamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.
Sənədə əsasən, Ukrayna vətəndaşları 2026-cı ilin oktyabrın 1-dək aşağıdakı tibbi xidmətlərdən yararlanacaqlar: immunizasiya; vərəm və İİV-infeksiyası/QİÇS-in müalicəsi, o cümlədən spesifik dərman preparatları ilə təminat; ana və uşaq sağlığı, o cümlədən antenatal nəzarət və yenidoğulmuşların skrininqi; psixi sağlamlıq; diabetin idarə olunması, o cümlədən dərmanlarla təminat; dializ; nadir xəstəlikləri olan və daimi əvəzedici müalicəyə tabe olan pasiyentlərin müalicəsi; referal xidmət – təxirəsalınmaz ehtiyac olan tibbi xidmətlər, o cümlədən doğuş, təxirəsalınmaz immunizasiya.
Məlumatı Gürcüstan Hökumətinin Administrasiyası yayır.