2022-ci ilin Vahid Milli İmtahanlarına qeydiyyat bu gün, martın 10-da saat 10:00-da başlayıb və aprelin 4-ü, saat 18:00-dək davam edəcək. Qeydiyyat yalnız elektron şəkildə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin online.naec.ge saytında aparılır. Məlumatı Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin İctimaiyyətlə Əlaqələr Ofisi yayıb.
İmtahan verənlər qeydiyyatdan keçməzdən əvvəl Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin rəsmi internet saytında dərc edilmiş elektron toplu ilə – “Abituriyentlər üçün arayış”la tanış olmalıdırlar. Topluda 2022 xəbərləri, təhsil proqramlarının siyahısı, tez-tez verilən suallar və imtahan prosesi ilə bağlı digər vacib məsələlər yer alıb.
Abituriyentlərin qeydiyyatı bu il də bir neçə mərhələdə aparılacaq: birinci mərhələdə abituriyent şəxsi məlumatlarını doldurmalı, imtahanın keçiriləcəyi şəhəri, keçəcəyi fənləri seçməli və zərurət yaranarsa, qeyd etməli olacaq xüsusi şərtləri; Abituriyentlər 14 aprel saat 18:00-dək fənni, eləcə də imtahanın dilini dəyişdirə və ya əlavə edə biləcəklər; İmtahan verənlərin apellyasiya şikayətinin nəticələri elan olunduğu gündən sonrakı günə qədər tədris proqramlarının siyahısında dəyişiklik etmək imkanı olacaq.
2022-ci ilin Vahid Milli İmtahanlarında iştirak haqqı bu il bir imtahan üçün 10 laridir. Mümkün ödəniş vasitələri haqqında məlumat, eləcə də qeydiyyat üçün ətraflı video təlimatlar Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin www.naec.ge saytında yerləşdirilib”, – Milli İmtahan Mərkəzindən bildirilib.