Moldova ərazisində Ukrayna istiqamətində buraxılan Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) düşərək partlayıb. Bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin sosial şəbəkədə yaydığı məlumata görə, pilotsuz uçuş aparatı Moldovanın Novoanenski rayonunun Xırbovets kəndi yaxınlığında, açıq ərazidə düşərək partlayıb. Sözügedən yaşayış məntəqəsi Ukraynanın Odessa vilayəti ilə sərhəddən təxminən 20 kilometr məsafədə yerləşir.
Polisin məlumatına görə, hadisə barədə quruma yerli vaxtla saat 05:40-da məlumat daxil olub.
İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Bununla yanaşı, Rusiyanın Ukrayna ərazisinə növbəti hücumu səbəbindən Polşa aviasiyasını havaya qaldırıb. Jesev və Lublin hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb. Hazırda hər iki hava limanında uçuşlar bərpa olunub.