17:01, 28.09.2026

Hindistanın şimalında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 62 nəfər həlak olub.

Medianın məlumatına görə, təbii fəlakət Uttar-Pradeş ştatında bir neçə gün davam edən intensiv yağıntılar nəticəsində baş verib.

Ştat hökumətinin məlumatına görə, daşqınlar nəticəsində bir neçə rayonda 46 nəfər yaralanıb, mindən çox evə ziyan dəyib.

Ştatın bəzi ərazilərində, o cümlədən paytaxt Laknauda məktəblər bağlanıb. Xilasetmə qrupları su basmış ərazilərdən insanları təhlükəsiz yerlərə təxliyə edib. Bununla yanaşı, sakinlərə su basmış ərazilərdə zəruri olmayan hərəkətlərdən çəkinmək tövsiyə olunub.

Rəsmilərin sözlərinə görə, daşqınlar Hindistanın şərqində yerləşən Odişa ştatına da təsir edib. Burada 75 mindən çox insanın təxliyəsinə ehtiyac yaranıb.

Ölkənin fəlakətlərin idarə olunması agentliyinin məlumatına görə, qonşu Nepalda sentyabrın 24-dən 27-dək hava şəraiti ilə bağlı hadisələr nəticəsində 21 nəfər həlak olub, 5 nəfər itkin düşüb, 5 nəfər isə yaralanıb. Daşqın və torpaq sürüşmələri nəticəsində 194 evə ziyan dəyib.

Oxşar