Gürcüstan Parlamentinə artıq təqdim olunan 2021-ci ilin büdcəsində gələn, ilin yanvarın birindən pensiyaların artması nəzərdə tutulub.
Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.
Onların məlumatına görə, ümumilikdə pensiya təminatına 2.6 milyon lari yönəldilib (370 milyon lari ilə artıb).
Qanun layihəsi ilə, 2021-ci ilin bir yanvarından 70 yaşınadək pensiyaçıların pensiyasının 20 lari ilə artırılması nəzərdə tutulub və pensiya 240 lari ilə müəyyənləşdirilib.
70 yaşından yuxarı olan pensiyaçıların pensiyası 25 lari ilə artır və 275 larini təşkil edəcək.