2020-ci ildən pensiya 20-30 lari ilə artacaq
2020-ci ildən pensiya 20-30 lari ilə artacaq

Gürcüstanın baş naziri, Giorgi Qaxariyanın məlumatına görə, 2020-ci ildən pensiya 20-30 lari ilə artacaq.

Bu barədə Giorgi Qaxariya hökumətin bu günki növbədənkənar iclasında bəyan etdi.

“2020-ci ilin büdcəsində bütün pensiyaşılar üçün və 18 yaşına qədər birinci və ikinci qrup MİM şəxslər üçün 20 lari ilə pensiyanın artırılması nəzərdə tutulub.

Bundan başqa, iyulun birindən, 70 yaşından artıq olan pensiyaşıların pensiyası 30 lari ilə artırılacaq”, – Qaxariya bəyan etdi.