2019-cu ilin beş ayı ərzində, uşaqlarına qarşı zorakılığa görə, 110 valideyn məsuliyyətə cəlb olunub
2019-cu ildə valideynlər tərəfindən uşaqlara qarşı zorakılıq halları əhəmiyyətli dərəcədə artıb.
Qeyd olunan cinayətlərlə bağlı verilən həbs orderlərinin sayı da əhəmiyyətli dərəcə də artıb.
Bu barədə məlumatı parlamentin hüquqi məsələlər üzrə komitə iclasında Gürcüstanın Daxili İşlər Nazirliyinin insan hüquqları departamentinin rəhbəri Qoqa Xatiaşvili verdi.
Onun dediyinə görə, 2019-cu ilin beş ayı ərzində 110 valideyn məsuliyyətə cəlb olunub.
Onun dediyinə görə, statistika göstərir ki, qeyd olunan cinayətin prevensiyası və müstəntiqlərin imkanlarının artırılması çox vacibdir.