2019-cu ildə, Osloda avtoqəza nəticəsində sadəcə bir nəfər həlak olub
2019-cu ildə, Osloda avtoqəza nəticəsində sadəcə bir nəfər həlak olub.
Bu barədə məlumatı qərb medyası Norveç iqtidarının bəyanatına istinadən yayır.
Məlum olduğu kimi, Avropanın bu ölkəsində, bütün il ərzində, avtoqəza nəticəsində, heç bir azyaşlı həlak olmayıb.
Bütün ölkə miqyasında, avtoqəza nəticəsində həlak olanların sayı 110-dur və bu göstərici 2018-ci ilin göstəricisindən iki nəfərlə artıqdır. 2017-ci ildə, Osloda avtoqəza nəticəsində 3 nəfər həlak olmuşdu.
Son 50 il ərzində, avto-qəza nəticəsində ölənlərin sayı Osloda və Norveçdə dahada azalır.
Qərb medyasının məlumatına görə, Norveç bu nəticəyə, avtomobil yollarında təhlükəsiz hərəkət üçün müəyyən məhdudiyyətlər qoyduqdan sonra nail oldu.
Məsələn, avtomobilin orta sürətinin azaldılması. Bununla yanaşı, ölkə iqtidarı şəhərin mərkəzində, Velosiped üçün xüsusi yollar tikdi və nəticədə, əhali şəhərin ortasında avtomobil yerinə velosipedlə hərəkət edir.
Müqayisə üçün, Londonda 2019-cu ilin sonuna qədər, avto-qəza nəticəsində 126 nəfər həlak olub, hansı ki, Birləşmiş Krallıq Avropa İttifaqı miqyasında, avtoqəza baxımından ən təhlükəsiz ölkə hesab edilir.
Bu baxımdan ən təhlükəli ölkələr olaraq, Bolqarıstan və Rumıniya hesab edilirlər.