2017-ci ildə Suriyədə 2100-dən artıq uşaq öldü
2017-ci ildə Suriyədə 2100-dən artıq uşaq öldü

2017-ci ildə Suriyədə davam edən silahlı münaqişə nəticəsində 39 min insan həlak oldu.

Bu statistik göstəriciləri Böyük Britaniyada təsis edilən, Suriyənın İnsan hüquqlarının qorunmasının monitorinq mərkəzi yayır (SOHR).

İnsan hüquqlarını qoruyan təşkilatın göstəricilərinə görə, 2017-ci ildə Suriyədə həlak olanlar arasında 2100-dən artıq uşaq və 1 500 qadın var.

Həmin təşkilatın məlumatına görə, son 12 ay ərzində, Suriyədə Bəşər Əsədin 3000 əsgəri və həmçinin Əsəd rejiminə qarşı çıxan 7 500 terorist öldürülüb.

Qeyd edək ki, təşkilatın məlumatına görə, Suriyədə 2016-cı ildə 49 min insan həlak oldu, 2015-də isə, 55 min.

2011-ci ildən başlayaraq isə, Suriyədəki müharibə nəticəsinə yarım milyon insan öldürülüb.