2011-ci ilin oktyabr ayından bəri məqsədim dəyişməyib: Gürcüstan, xalq və hər bir ailənin firəvanlığı
“Gürcü Arzusu – Demokratik Gürcüstan” – partiyasının sədri Bidzina İvanişvili qurultayda nitqlə çıxış edərkən, bəyan etdi ki, onun məqsədləri 2011-ci ilin oktyabr ayından sonra dəyişirilməyib və yenə də Gürcüstan, xalq və hər bir ailənin firvanlığı və layiqli gələcəyidir.
“Bir neçə il bundan öncə siyasətdən getdiyimi bəyan etdiyim halda, niyə siyasətə geri qayıtdım? Mən demişdim ki, ancaq siyasətdə baş verən fövqəladə halda siyasətə geri qayıda bilərəm. Ölkəmizi əhaliyə zorakılıq edən, xalqa əziyyət edən hakimiyyatdən xilas etdikdən sonra, mən siyasətdən getdim, çünki düşündüm ki, ictimaiyyətin bir hissəsi olaraq, xalqa daha yaxşı xidmət edə bilərəm” – dedi Bidzina İvanişvili.
İvanişvilinin dediyinə görə, indi ictimaiyyət ondan siyasətə niyə qayıtdığı haqqında suala cavab gözləyir.
“Gürcü Arzsu”-nun sədri bəyan etdi ki, siyasətə nə “Gürcü Arzusu”-nun, nə iqtidarın, nə də şəxsi maraqlarına görə qayıtmayıb.
Məni yaxından tanıyan hərkəs bilir ki, bu mənim üçün çox zor bir qərar oldu.
Məqsədlərim isə, 2011-ci ilin oktyabr ayından sonra dəyişməyib: Gürcüstan, xalqın və hər bir ailənin firəvanlığı və layiqli gələcəyidir” – dedi Bidzina İvanişvili.