10:20, 14.08.2026

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Ermənistan konkret tələbləri yerinə yetirərsə, rəsmi Moskva erməni məhsullarının idxalını bərpa edəcək.
Məlumata görə, bu məsələ Almatıda Rusiya kənd təsərrüfatı naziri Oksana Lut və Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın görüşü zamanı müzakirə olunub.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəsmi açıqlamasında deyilir: “Kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, o cümlədən erməni istehsalçıların öz xammalından istifadə etməsi, pestisidlərə nəzarət və digər məcburi tələblərə riayət olunması hazırda məhdudiyyət tətbiq edilən məhsulların idxalının bərpasının əsas şərtidir”.
Qeyd edək ki, 2026-cı ildə Rusiya Ermənistandan bir sıra məhsulların, o cümlədən meyvə-tərəvəzin, güllərin, balıqların, bəzi alkoqollu içkilərin və mineral suların idxalını qadağan edib. Rəsmi səbəb kimi fitosanitar və keyfiyyət tələblərinin pozulması göstərilib. Lakin ekspertlər bu məhdudiyyətlərin Ermənistanın Qərblə yaxınlaşması və Avropa İttifaqı ilə əlaqələrini dərinləşdirməsi ilə bağlı olduğunu bildirirlər.

Oxşar