20 iyundan nəqliyyat vasitələrində maskaların istifadəsi məcburi olmayacaq
20 iyundan nəqliyyat vasitələrində maskaların istifadəsi məcburi olmayacaq

20 iyundan nəqliyyat vasitələrində maskaların istifadəsi məcburi olmayacaq. Qərar Gürcüstan hökuməti tərəfindən Səhiyyə Nazirliyi və bu sahə üzrə mütəxəssislərin tövsiyəsi əsasında ölkədəki stabil epidemioloji vəziyyət nəzərə alınaraq qəbul edildi.

Səhiyyə nazirinin müavini, Tamar Qabuniyanın bəyan etdiyinə görə, maskanın istifadəsi tibbi müəssisələrdə yenə məcburidir. Avtobuslar, mikroavtobuslar və başqa qalabalıq yerlərdə yalnız rekomendasiya xarakterli olacaq.

“Kovidlə bağlı epidemik vəziyyətin sabitləşməsi fonunda iyunun 20-dən nəqliyyat vasitələrində nəqliyyat vasitələrinin istifadəsi məcburi olmayacaq. Maskanın istifadəsi ilə bağlı tövsiyələrə əməl etmək xroniki xəstəlikləri olan insanlar üçün vacibdir. Maskanın istifadəsi tibbi müəssisələrdə yenə məcburidir”, – Tamar Qabuniya bəyan etdi.