2-3 sentyabrda Gürcüstanda yağış və şimşək, eləcə də güclü külək gözlənilir

15:50, 31.08.2021

Ətraf Mühit Milli Agentliyinin məlumatına görə, 2-3 sentyabrda Gürcüstanda yağış və şimşək, eləcə də vaxtaşırı qərb istiqamətli güclü külək gözlənilir, dolunun yağması da mümkündür.

Sinoptiklərin proqnozuna görə, dənizdə 4-5 ballıq fırtının olması mümkndür. Qərbu Gürcüstanda əhəmiyyətli dərəcədə havanın temperaturu düşəcək.

Agentliyin məlumatına görə, Gözlənilən güclü yağışların Gürcüstanın kiçik çaylarında suyun artmasına, ölkənin dağlıq zonalarında isə, torpaq sürüşməsi prosesinin yaranması – aktivləşməsinə səbəb olması mümkündür.

 

Oxşar