Nikolaz Samxaradze – ABŞ-ın Təhlükəsizlik Şurasının katibinin müavini Endryu Beykerlə görüşün əsas mövzusu gürcü-amerikan münasibətlərinin düzəldilməsi, sağlamlaşdırılması və strateji tərəfdaşlığın bərpası olub
Nikolaz Samxaradze – ABŞ-ın Təhlükəsizlik Şurasının katibinin müavini Endryu Beykerlə görüşün əsas mövzusu gürcü-amerikan münasibətlərinin düzəldilməsi, sağlamlaşdırılması və strateji tərəfdaşlığın bərpası olub

Bu yaxınlarda ABŞ-ın Təhlükəsizlik Şurasının katibinin müavini, cənab Endryu Beykerlə görüşü başa çatdırdıq. Görüş kifayət qədər maraqlı keçdi, – bunu ABŞ-a səfəri çərçivəsində Gürcüstan parlament nümayəndə heyətinin rəhbəri Nikolaz Samxaradze bildirib.

Onun sözlərinə görə, görüşün əsas mövzusu gürcü-amerikan münasibətlərinin düzəldilməsi, sağlamlaşdırılması və strateji tərəfdaşlığın bərpası olub.

“Biz çox geniş məsələlər spektrini müzakirə etdik. Əlbəttə, əsas məsələ gürcü-amerikan münasibətlərinin düzəldilməsi, sağlamlaşdırılması və strateji tərəfdaşlığın bərpası idi. Gürcü tərəfin malik olduğu maraqlar və hazırlıq barədə danışdıq. Bu münasibətlərin bərpası işində hansı məsələlərin aparıcı ola biləcəyi ilə bağlı fikir mübadiləsi apardıq.

Həmçinin, əlbəttə ki, təhlükəsizlik çağırışları barədə də danışdıq, o cümlədən İranda baş verən hadisələr haqqında, bütün bunların Gürcüstana və Cənubi Qafqaza hansı təsirləri ola biləcəyi barədə. Eyni zamanda, Orta Dəhlizin inkişafı, Ermənistan-Azərbaycan normallaşma prosesi haqqında kifayət qədər ətraflı danışdıq. Və, əlbəttə ki, işğaldan irəli gələn təhlükələr barədə də söhbətimiz oldu.

Ümid edirik ki, bu görüş və görüşün keçdiyi ruh gələcəkdə kifayət qədər uğurlu addımlar atmağa imkan verəcək”, – deyə Nikolaz Samxaradze bildirib.