18 və 19 apreldə Tbilisi-Senaki-Leselidze yolunun 155-ci kilometrində avtonəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
18 və 19 apreldə Tbilisi-Senaki-Leselidze yolunun 155-ci kilometrində avtonəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 155-ci kilometrində, Xevi-Ubisa hissəsinin tikintisi çərşivəsində, departamentin kontraktor təşklatı “Hunan yollar və körpülər tikinti qrupunun” Gürcüstan filialı körpüdə dəmir-beton işlərinin quraşdırır.

İdarədən verilən məlumata görə, qeyd olunan işlərlə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün 18 aprel və 19 aprel, saat 03:00-dan səhər saat 06:00-dək 15 dəqiqəlik fasilələrlə sözügedən hissədə hərəkətin bağlanması lazımdır.

Günün başqa hissəsində avtonəqliyyatın hərəkəri sərbəstdir.

“Avtomobil Yolları Departamenti əhalini qaydada olan avtonəqliyyatla hərəkət etməyə və avtomobil yollarında tədbiq olunmuş rejimə tabe olmağa çağırır”, – idarədə bəyan edirlər.