18 martdan Gürcüstana xarici ölkə vətəndaşlarına giriş qadağan edilir
18 martdan Gürcüstana xarici ölkə vətəndaşlarına giriş qadağan edilir, – bu barədə baş nazirin beynəlxalq əlaqələr üzrə məsləhətçisi, İrakli Çikovani bəyan etdi.
İrakli Çikovaninin hökumət administrasiyasında bəyan etdiyinə görə, Gürcüstan vətəndaşları ölkəyə dönə bilərlər.
“Baş nazir, Giorgi Qaxariyanın rəhbərliyi ilə, koordinasiya şurasının növbəti iclasında koronavirusun prevensiyası ilə bağlı qəbul olunan qərarla sizi tanış etmək istəyirəm. Növbəti iki həftə ərzində, sabah gecə, 18 mart saat 00:00-da xarici ölkə vətəndaşları üçün Gürcüstana giriş qadağan edilir. Bildiyiniz kimi, Zurab Abaşidze Rusiya nümayəndəliyi ilə söhbət etdi və Rusiyaya qarşı bu məhdudiyyət artıq qüvvəyə mindi. Gürcüstan vətəndaşlarının bilavasitə ailə üzvləri olan vətəndaşlar Gürcüstan daxil ola bilərlər”, – İrakli Çikovani bəyan etdi.