18 avqust Gürcüstanın Milli Qəhrəmanı Qiorqi Antsuxelidzenin doğum günüdür

14:00, 18.08.2025

 

Gürcüstanın Milli Qəhrəmanı Qiorqi Antsuxelidzenin bu gün 41 yaşı tamam olacaqdı. Gürcüstanın Müdafiə Qüvvələrinin 4-cü piyada briqadasının hərbi qulluqçuları və Qiorqi Antsuxelidze adına Çavuşlar Akademiyasının nümayəndələri milli qəhrəmanın ailə üzvləri ilə birlikdə Muxatqverdi qardaşları qəbiristanlığında onun xatirəsini ehtiramla yad ediblər.

Yoldaşları onun məzarını əklillə bəzəyiblər.

4-cü piyada briqadasının 41-ci batalyonunun hərbi qulluqçusu kiçik serjant Qiorqi Antsuxelidze 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı qəhrəmancasına həlak olub.

Qiorqi Antsuxelidze 1-ci dərəcəli Vaxtanq Qorqasali ordeni, “Vətən uğrunda fədakarlıq” qurum medalı ilə təltif edilib və Gürcüstanın Milli Qəhrəmanı adına layiq görülüb.

Məlumatı Müdafiə Nazirliyi yayır.

Oxşar