17 yaş daxil olmaqla uşaqlar üçün 200 larilik yardımın alınması üçün qeydiyyatdan keçmək 15 avqustdan mümkün olacaq
17 yaş daxil olmaqla uşaqlar üçün 200 larilik yardımın alınması üçün qeydiyyatdan keçmək 15 avqustdan mümkün olacaq

Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradzenin bəyan etdiyinə görə, 17 yaş daxil olmaqla uşaqlar üçün 200 larilik yardımın alınması üçün xüsusi veb səhifədə qeydiyyatdan keçmək 15 avqustdan mümkün olacaq.

Bu barədə Tikaradze “İmedi” teleşirkətinin efirində bəyan etdi.

Elə onun dediyinə görə, əgər valideyn ərizəni doldurmadısa, bu deməkdir ki, təzminatın alınmasından imtina edir.