Dmitri Peskov bəyan edir ki, “Rusiya tərkibinə yeni ərazilərin daxil olması barəsində sazişlər” sabah imzalanacaq

14:49, 29.09.2022

Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya tərkibinə daxil olması ilə bağlı üzdəniraq sazişlərin imzalanması sabah, sentyabrın 30-da Kremldə keçirləcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi, Dmitri Peskov bəyan etdi.

Dmitri Peskovun məlumatına görə, “Rusiya tərkibinə yeni ərazilərin daxil olması barəsində sazişlərin” imzalanması sabah yerli vaxtla saat 15:00-da olacaq. Mərasimdə Vladimir Putin həcmli çıxış edəcək.

Bundan əlavə, daha sonra Rusiya prezidentinin Federal Məclisə müraciət etməsi planlaşdırılır.

Xatırladaq ki, Rusiya Ukraynanın işğal etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojye rayonlarında Rusiyanın tərkibinə daxil olmaq barəsind üzdəniraq referendum keçirdi. Ukrayna və onun Qərb partnyorları “referendumları” və onların nəticələrini tanımırlar.

 

Oxşar