Birinci Kanalın “Dinamo Arenada” tribunası – qələbəni birlikdə qeyd edək
Birinci Kanal Gürcüstan-Şimali Makedoniya matçı öncəsi azarkeşlər üçün sürpriz hazırladı. Sosial şəbəkələrdə və küçədə lotereya keçirildi, qaliblərə Millətlər Liqasının oyununda iştirak biletləri verildi.
Bilet əldə etmək üçün azarkeş Gürcüstan millisi və onun oyunçuları ilə bağlı suala düzgün cavab verməli idi. Həmçinin qalibə Millətlər Liqasının bu mühüm görüşündə iştirak etmək üçün vəsiqə ilə yanaşı, millimizin 1990-cı ildə Litva ilə ilk görüşündə çıxış etdiyi Gürcüstan millisinin tarixi forması da verildi.
Onların hər biri Birinci Kanalın tribunasında, birinci yarusun 12-ci sektorunda “Dinamo Arenaya” vəsiqə alıdı və Gürcüstan millisinin uğurunu birlikdə qeyd ediblər. Gürcüstan rəqibini 2:0 məğlubiyyətə uğratdı, qrupun qalibi oldu və Millətlər Liqasının “B” divizyonunda irəilədi.
Birinci Kanalın sosial media meneceri, David Kiknadzenin sözlərinə görə, oxşar aksiyalar Gürcüstan millisinin oyunlarında gələcəkdə də keçiriləcək.