“Reuters” – Meksikadan ABŞ-a Rio-Qrande çayını keçmək istəyərkən 8 miqrant öldü

11:38, 03.09.2022

Meksikadan ABŞ-a Rio-Qrande çayını keçmək istəyərkən 8 miqrant öldü. Sərhəd Polisi 37 insanı xilas edə bildi. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

ABŞ Sərhəd Gömrük Xidmətinin məlumatına görə, hadisə yerində axtarış əməliyyatları hələ də davam edir.

İdarənin mətbuat katibi, Rik Pausanın sözlərinə görə, ABŞ sərhədçiləri cümə axşamı 37-si sağ qalan olmaqla, ümumilikdə 53 miqrantı həbs etdilər. Digər tərəfdən, Meksika tərəfi 39 nəfəri həbs etdi.

“Reuters”-in qeyd etdiyi kimi, son günlər yağan leysan yağışlar səbəbindən Rio-Qrande çayında daşqın oldu, nəticədə Pyedras-Neqras keçələrini su basdı.

Oxşar