Dmitri Kuleba – Ukrayna limanlarından taxılın blokdan çıxarılması ilə bağlı danışıqlar yekun mərhələdədir, – bu barədə Ukraynanın Xarici İşlər naziri, Dmitri Kuleba İspaniya mətbuatına müsahibəsində bəyan etdi.
Ukrayna XİN rəhbərinin sözlərinə görə, Rusiyanın mövqeyi ilə bağlı təhlükəsizlik məsələlərini həll etmək lazımdır.
“Biz son mərhələdəyik və indi hər şey Rusiyadan asılıdır. Əgər həqiqətən də istəsələr, tezliklə taxıl ixracına başlayacaqlar”, – Kuleba bəyan etdi.
Ukrayna Xarici İşlər nazirinin sözlərinə görə, Rusiyanın taxıl blokadası ilə bağlı mövqeyini dəyişə biləcəyinin yalnız bir potensial səbəbini görür.
“Onlar Afrika və Asiya ölkələrinə göstərmək istəyirlər ki, onları ərzaq qıtlığından xilas etmək istəyirlər, amma həqiqət budur ki, Rusiya Ukraynanın ixracına əhəmiyyət vermir, çünki bilirlər ki, biz ixrac etsək, beynəlxalq bazarlardan gəlir əldə edəcəyik və bu, bizi daha gücləndirəcək”, – Kuleba qeyd etdi.