Yens Stoltenberq - NATO sammitində "soyuq müharibə" başa çatdıqdan sonra kollektiv müdafiəmizin ən böyül transformsiyası üzrə razılığa gəldik
NATO sammitində “soyuq müharibə” başa çatdıqdan sonra kollektiv müdafiəmizin ən böyül transformsiyası üzrə razılığa gəldik, – bu barədə mətbuata müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bəyan etdi.
“Bu, tarixi hadisə olacaq, birincisi ona görə ki, 30 müttəfiq ölkə İkinci Dünya Müharibəsinin başa çatmasından sonra Avropada ən böyük təhlükəsizlik böhranı ilə üzləşir. Madriddə birgə çıxış bu gözlənilməz və təhlükəli vaxtda güclü siqnal olacaq. “Soyuq müharibə” başa çatdıqdan sonra kollektiv müdafiəmizin ən böyül transformsiyası üzrə razılığa gəldik. – qoşunun artan sayı, sürətli reaksiya və hazırlıq, hazır texnika çoxluğu ilə”, – Stoltenberq bəyan etdi.
Eyni zamanda, NATO-nun baş katibi hesab edir ki, Rusiyanın Ukraynaya təcavüzü danışıqlar masası arxasında bitəcək. Medianın yazdığı kimi, prezident Makronun Rusiyanı alçaltmaq olmaz sözlərini şərh edərkən, baş katib bildirib ki, onlar üçün nəyin məqbul, nəyin qəbul olunmayacağına qərar vermək Ukraynalıların öz işidir.
“Gördüyüm odur ki, Ukraynanı qorumaq və dəstəkləmək lazımdır və Ukraynalılar danışıqlar masası arxasında nə əldə edəcəklərini və nəyi əldə etməyəcəklərinə özləri qərar verirlər, çünki şübhə yoxdur ki, bu, tərəflərin bərabər olduğu aqressiv müharibədir. Aqressor və zözünü qoruyan ölkə var, müdafiə hüququ isə, BMT-nin nizamnaməsində yazılıb”, – Stoltenberq bəyan etdi.