Təhsil Nazirliyi - Son iki həftə ərzində məktəblərdə koronavirusa yoluxma nisbəti əhəmiyyətli dərəcədə azalıb

Gürcüstanın dövlət və özəl məktəblərində koronavirusa yoluxma səviyyəsi ötən həftə olduğu kimi son 7 gündə də əhəmiyyətli dərəcədə azalıb, Təhsil Nazirliyinin açıqlamasında bildirilir. Qurumun məlumatına görə, xüsusilə, virus müəllimlərin 2,4 faizində, şagirdlərin  isə 1 faizində təsdiqlənib. Ümumilikdə, son iki həftə ərzində koronavirusa yoluxma nisbəti azalmaqdadır.

“Epidemioloqların tövsiyəsinə əsasən, Gürcüstanda 2085 dövlət və 217 özəl məktəbdən 46-sı bu mərhələdə tam distant təhsildədir ki, bu da ötən həftə ilə müqayisədə 6 dəfə azdır. Tədrisin distant formatda aparılması arzusunu ötən həftə risk qrupunun 99 müəllimi bildirib.

Məlum olduğu kimi, ölkədə kovid qaydaların yumşaldılmasına baxmayaraq, məktəblərdə təhlükəsiz mühitinin təmin edilməsi məqsədi ilə termoskrininq, dezinfeksiya və dezinfeksiyaedici məhlulların tətbiqi də daxil olmaqla, mövcud kovid qaydalar qüvvədə qalır. Həmçinin, maskadan istifadə  qaydası da qüvvədə qalır.

Şagirdlər və müəllimlər üçün təhlükəsiz mühitin təmin edilməsi məqsədilə Covid-19 ilə bağlı müəllim və idarəçilərin məcburi  testləşməsi davam edir.

Bununla belə, qurumun məlumatına görə, indiyədək müəllim və məktəb rəhbərlərinin 73,7%-i peyvənd olunub, o cümlədən 97%-i tam peyvənd olunub.

“Ölkə üzrə məktəblərdə tədris prosesi qarışıq formatdadır. Məlum olduğu kimi, təhsil və elm naziri Mixeil Çxenkelinin qərarına əsasən, arzu olunarsa, şagirdlərin  valideynlərinin distant təhsil formatını seçmək imkanı yaradılıb.

Təhsil və Elm Nazirliyinin nümayəndələri davamlı olaraq Tbilisidə və Gürcüstanın bütün regionlarında məktəblərdə monitorinqlər aparırlar”, – deyə Təhsil Nazirliyi bildirib.