İaşvili Batumi Mərkəzi Ana və Uşaq Xəstəxanasının palatalarından birində asma tavan uçdu

10:21, 11.10.2021

İaşvili Batumi Mərkəzi Ana və Uşaq Xəstəxanasının palatalarından birində asma tavan uçdu.

Qəza zamanı palatada 4 uşaq olub, xəsarət alan olmayıb.

Hadisə şahidləri sosial şəbəkədə hadisə ilə bağlı məlumat və video material yayıblar.

Qəza səbəbiylə xəstələrin narazı valideynləri klinikanı polisə şikayət  etdi.

Klinikanın direktoru Tamar Baxtadzenin Gürcüstanın Birinci Kanalına dediyi kimi, hadisənin səbəbi araşdırmalardan sonra müəyyən ediləcək.

“Asma tavan çökdü. Dörd xəstə var idi və onlardan heç biri zərər görmədi. Əlbəttə ki, valideynlərdən emosional bir reaksiya oldu, amma xoşbəxtlikdən  hadisə ilə bağlı  heç bir zərər görən olmadı. Uşaqlar təhlükəsizdir. Bir hissəsi mənzilə, bir hissəsi də klinika sahəsinə köçürüldü. Meriya xidmətindən, xilasetmə xidmətindən gəldilər, vəziyyəti qiymətləndirdilər.  Əvvəlcə araşdırma aparılır və səbəbi daha sonra biləcəyik” dedi Tamar Baxtadze.

Oxşar