150 ​​köçkün ailəsi üçün Borcomidə müasir standartlara uyğun yaşayış binası tikilir
150 ​​köçkün ailəsi üçün Borcomidə müasir standartlara uyğun yaşayış binası tikilir

 

150 köçkün ailəsinin yerləşdirilməsi məqsədilə Borcomidə müasir standartlara uyğun yaşayış binası tikilir. Tikintinin büdcəsi 15 374 192 lari təşkil edir.

İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin məlumatına əsasən, layihə xarici infrastrukturun abadlaşdırılmasını da əhatə edir. Bu mərhələdə onmərtəbəli binanın səkkiz mərtəbəsi artıq tikilib və işlər fəal şəkildə davam etdirilir.

“İllər boyunca Borcomidə qeyri-müvafiq şəraitdə yaşayan köçkün ailələrinə tam təmirli mənzillər veriləcək. Köçkün ailələrin layiqli yaşayış sahəsi ilə təmin olunması məqsədilə yaşayış kompleksləri Borcomi ilə paralel olaraq, Tbilisi, Kutaisi, Rustavi və Zuqdididə də tikilir” – nazirliyin məlumatında deyilir.