15 iyul saat 23:00-dan 16 iyul saat 06:00-dək Şuasopeli kəndi yaxınlığında avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, 15 iyul saat 23:00-dan 16 iyul saat 06:00-dək Şuasopeli kəndi yaxınlığında avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
“Ölkədaxili əhəmiyyətə malik Batumi (Angisa)–Axaltsixe avtomobil yolunun 99-cu kilometrində (Şuasopeli kəndi) planlaşdırılmış metal borunun quraşdırılması işləri ilə əlaqədar olaraq, 2025-ci il 15 iyul saat 23:00-dan 16 iyul saat 06:00-dək qeyd olunan yol hissəsində avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq,” – deyə Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunur.