14 sentyabr saat 11:00-dan 18 sentyabr saat 18:00-dək abituriyentlər sözügedən “ikinci qəbul” prosesində iştirak edə biləcəklər

10:41, 09.09.2026

Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzinin məlumatına görə, 2026-cı il sentyabrın 14-də saat 11:00-dan sentyabrın 18-də saat 18:00-dək abituriyentlər “ikinci qəbul” prosesində iştirak edə və istədikləri sayda təhsil proqramını seçə biləcəklər.
Mərkəzin açıqlamasına görə, ikinci qəbulda aşağıdakı abituriyentlər iştirak edə bilər:

2026-cı il Vahid Milli İmtahanlarında hər bir fənn üzrə müəyyən edilmiş minimal səriştə həddini keçən, lakin ali məktəbə qəbul hüququ qazana bilməyən abituriyentlər;
2026-cı il Vahid Milli İmtahanlarında hər bir fənn üzrə müəyyən edilmiş minimal səriştə həddini keçə bilməyən, lakin peşə təhsil proqramları üçün müəyyən edilmiş minimal səriştə həddini aşan abituriyentlər.
Ali və peşə təhsili müəssisələrinin təhsil proqramları və abituriyentlər üçün ayrılmış yerlərlə bağlı ətraflı məlumat yenilənmiş elektron “Abituriyentlər üçün məlumat kitabçası”nda təqdim olunacaq.
Kitabça Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzinin veb-saytında sentyabrın 11-də dərc ediləcək. Saytda qeydiyyat platforması və təhsil proqramlarının seçimi ilə bağlı məlumatlar da yerləşdiriləcək.

Oxşar