Gürcüstanda 332 yeni yoluxma halı qeydə alındı

15:29, 12.03.2021

Gürcüstanda son 24 saat ərzində 12 pasiyent koronavirusdan dünyasını dəyişdi və 332 yeni yoluxma halı qeydə alındı.

Gündəlik koronavirus aşkarlanma nisbətinə gəldikdə –  1,24-%-dir. Bu statistik göstərici son 24 saat ərzində ölkədə aparılan 26,700 testin fonunda müşahidə edildi.

Yeni koronavirus hallarından 185-i Tbilisidə, 51-i İmeretidə və 18-i Samegrelo-Zemo Svanetidə aşkar edildi.

Oxşar