13 ölkənin səfirləri etimadnamələrini Mixail Kavelaşviliyə təqdim ediblər
13 ölkənin səfirləri etimadnamələrini Mixail Kavelaşviliyə təqdim ediblər

Orbeliani sarayında səfirlər tərəfindən Gürcüstan Prezidentinə etimadnamələrin təqdim edilməsi mərasimi keçirilib. Bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Onların sözlərinə görə, Belçika, Lüksemburq, Filippin, Kamboca, Kipr, Malayziya, Pakistan, Somali, Burundi, Qvatemala, Mali, Koreya və Tacikistanın səfirləri etimadnamələrini Gürcüstan prezidenti Mixail Kavelaşviliyə təqdim ediblər.

“Prezident diplomatlarla ölkələr arasında çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edib və səfirlərə işlərində uğurlar arzulayıb”.

Tədbirdə Gürcüstan Prezident Administrasiyasının rəhbəri Ketevan Kvinikadze və Gürcüstan xarici işlər nazirinin müavini Giorgi Zurabaşvili iştirak ediblər. – Məlumatda deyilir.