13 fevralda Dünya Radio Günü qeyd olunur. 2022-ci ilin mövzusu radioya etimaddır, ona əlamət olaraq ki, radio məlumatın ən etibarlı mənbə kimi hesab edilir.
“İnsanlar radioya etibar edirlər, hamı üçün əlyetərlidir və hər yerə yayılıb”, – UNESCO-nun bu ilki Dünya Radio Gününə aid olan bəyanatında deyilir.
Dünya Radio Günü radio haqqında məlumatlılığı artırmaq, onun vasitəsilə məlumat almaq və müxtəlif beynəlxalq radiolar arasında əlaqə yaratmaq məqsədini daşıyır.
2011-ci il fevralın 13-ü UNESKO tərəfindən Dünya Radio Günü elan edildi. 1946-cı ilin məhz elə bu günündə BMT Radiosu yaradıldı.
Gürcüstanda radio yayımı 1925-ci ildə başlayıb və bu il 97 yaşı tamam olur və dinləyicilərə sədaqətlə xidmət edir. Radionun əsas məqsədi ictimaiyyəti məlumatlandırmaq və birləşdirməkdir.
Dünyada ilk dəfə olaraq müntəzəm radio yayımı 1921-ci ilin noyabrında ABŞ-ın Pitsburq şəhərində başladı. Gürcüstanda ilk sınaq proqramı 23 may 1925-ci ildə rabitə binasından yayımlandı.