13–15 avqustda Gürcüstanın əksər ərazilərində fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir
13–15 avqust tarixlərində Gürcüstanın əksər ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. 13–14 avqustda Acarıstan-Guriya, Sameqrelo-Zemo Svaneti, Raça-Leçxumi və Kvemo Svaneti, Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti bölgələrinin bəzi ərazilərində, 15 avqustda isə Kvemo Kartli, Kaxeti və Mtsxeta-Mtianeti bölgələrində yağışın bəzi yerlərdə güclü intensivlikdə olacağı bildirilir.
Bundan əlavə, şimşək çaxması, dolu düşməsi və küləyin güclənməsi mümkündür.
Güclü yağıntılar kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta qiymətləndirilir.