Gürcüstanın milli qəhrəmanı, pilot Zurab İaraculinin 51 yaşı tamam olacaqdı. Bu gün Tianeti munisipalitetinin Zaridzeebi kəndində Zurab İaraculinin doğum günü qeyd olundu.
Gürcüstan Müdafiə Qüvvələrinin Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığının əsgərləri, ailə üzvləri və Sakrebulo nümayəndələri ilə birlikdə milli qəhrəmanın xatirəsini ehtiramla yad edib, abidə önünə əklil qoydular. Tədbirdə Tianeti munisipalitetinin rəsmi nümayəndələri və yerli sakinlər iştirak etdilər.
Hərbi pilot Abxaziya müharibəsində qəhrəmancasına həlak oldu. Qəhrəmanlıqla ölümü əsirlikdən üstün tutan Zurab İaraculi 2013-cü il sentyabrın 19-da Gürcüstan Hərbi Hava Qüvvələri Günündə Gürcüstanın Milli Qəhrəmanı adına layiq görüldü. Baş leytenant İaraculi ölümündən sonra Vaxtanq Qorqasali I dərəcəli ordeni ilə təltif edilib. O, Tianeti munisipalitetinin İaraculebi kəndi qəbiristanlığında dəfn edilib.
Məlumatı Müdafiə Nazirliyi yayır.