12-ci sinif şagirdləri üçün bu il buraxılış imtahanları keçirilməyəcək
12-ci sinif şagirdləri üçün bu il buraxılış imtahanları keçirilməyəcək.
12-ci sinif şagirdlərinin attestasiya imtahanının ləğv olunması haqqında bəyanatı baş nazir Mamuka Baxtadze bugün keçirdiyi brifinqdə verdi.
Yanvarın 28-də təhsil sisteminin yeni modelinin təqdimatında bildirildi ki, məktəblərdə attestat verilmə qaydaları dəyişdirilir və buraxılış imtahanları da ləğv olunur.
İlk qərarla, buraxılış imtahanları sadəcə 11-ci sinif şagirdləri üçün ləğv olunmuşdu.
Daha sonra isə, məsləhətləşmələrdən sonra, fikir ayrılıqlarına baxmayaraq, buraxılış imtahanları 12-ci sinif şagirdləri üçün də ləğv olundu.